1000-dən çox ingilis fanat Rusiyaya buraxılmadı

1000-den-cox-ingilis-fanat-rusiyaya-buraxilmadi
Oxunma sayı: 1633

İngiltərə hüquq-mühafizə orqanları daha öncə xuliqanlıq edən 1254 fanatı Rusiyada keçirilən dünya çempionatına getməməsi üçün onların pasportlarını müsadirə edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, pasportların 15 iyulda finaldan sonra qaytarılacağı bildirilib.

58 xuliqanı isə tapmaq mümkün olmayıb. İngiltərə ümumilikdə 1312 fanatın bir müddət stadionlara girməməsi qadağan edilib.

Qeyd edək ki, İngiltərədə xuliqanlıq edən fanatların stadiona girməsi qadağan edilməklə yanaşı, oyun günü stadiona yaxın ərazilərə getməsinə, ictimai nəqliyyat idarə etməsinə, hətta şəhər mərkəzinə getmələrinə də icazə verilmir.

Qadağalara riayət etməyənlərə 5 min funt-sterlinq və ya 6 aya qədər həbs cəzası nəzərdə tutulub.