11 yaşlı uşağı maşın vurdu, öldü

11-yasli-usagi-masin-vurdu-oldu
Oxunma sayı: 648

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə yolun 463-cü kilometrliyində Ağstafa rayonunun Qıırlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Babaxan Kərimli idarə etdiyin ”VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2006-cı il təvəllüdlü Məsiyev Nihat Pərviz oğlunu  vurub. Uşaq hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.