13 milyard manat hara xərclənib?

13-milyard-manat-hara-xerclenib
Oxunma sayı: 1857

2017-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13688,4 milyon manat vəsait yönəldilib.

“Qafqazinfo” xəbər verir ki, bunun 6051,7 milyon manatı və ya 44,2 faizi qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb. Ümumi sərmayənin 73,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 77,0 faizi məhsul istehsalı obyektlərinin, 17,1 faizi xidmət sahələri üzrə obyektlərin, 5,9 faizi isə ümumi sahəsi 1536,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,2 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6 faiz, bank kreditləri 12,7 faiz, büdcə vəsaitləri 14,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil edib.