1,4 milyard elektrik enerjisi...

14-milyard-elektrik-enerjisi
Oxunma sayı: 736

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Mərkəzi Dispetçer İdarəsindən bildirilib ki, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 0,9 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,5 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.

Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Həmin mənbədən bildirildiyinə görə, 2011-ci ilin 5 ayı ərzində enerjisistemdə 8,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 7,4 milyard kilovatsaata yaxını İES-lərin, 1,3 milyard kilovatsaata yaxını isə SES-lərin payına düşür.
Nigar Məmmədli