15 yaşlı uşaq yük maşınını dərəyə aşırdı - Fotolar

15-yasli-usaq-yuk-masinini-dereye-asirdi
Oxunma sayı: 660

Türkiyənin Rizə şəhərinin Əkizdərə qəsəbəsində 15 yaşlı T.Y.E. atasının xəbəri olmadan yük maşınını götürərək gəzintiyə çıxmaq istəyib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, avtomobilin idarəetməsini itirib və onu Çamlık dərəsinə aşırıb.

Hadisə şahidləri dərhal xilasedicilərə xəbər veriblər. Suya batan maşının üstünə çıxaraq yardım gözləyən uşaq xüsusi kəndir vasitələrlə xilas edilib.

Faktla bağlı araşdırma aparılır.