16 min manatlıq naqil oğurlanıb

16-min-manatliq-naqil-ogurlanib
Oxunma sayı: 1071

Neftçala rayonunda yerləşən istehsalat müəssisələrinin birindən ümumi dəyəri 16000 manat olan 200 metr naqil oğurlanıb. 

"Qafqazinfo"nun DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Elnur Mənəfov, Röyal Mehdiyev və Fərid Babayev saxlanılıb. 

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları naqil onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Murad Əhməd