“17 il ərzində 5000 məhkum əfv olunub”

17-il-erzinde-5000-mehkum-efv-olunub
Oxunma sayı: 639

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat İdarəsinin rəisi Rafiq Ramazanov deyib.

Onun sözlərinə görə, iyunun 22-də Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı 66 məhkuma şamil olunub.

58 məhkum cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl, 2 nəfər islah işlərindən, 6 nəfər isə cərimədən azad olunub.

"Bu dəfə imzalanan əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında qadın və uşaqlar yoxdur", - Ramazanov deyib.

Ramazanov əfv olunarkən cinayətin ağırlığı, ictimai təhlükəsizlik dərəcəsinin nəzərə alındığını deyib.

"Əfv olunanların çoxu təkrar cinayət törətmir. Nadir hallarda ehtiyatsızlıqdan cinayət törədən şəxslər olur. Məhkumlar azadlığa buraxılmazdan əvvəl tərəfimizdən sosial adaptasiya tədbirləri həyata keçirilir", - o bildirib.

Əfv olunanlar arasında Bakıda 2011-ci il aprelin 2-də keçirilən razılaşdırılmamış etiraz aksiyasında saxlanılan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Tural Abbaslı, Zülfüqar Eyvazov, Rüfət Hacıbəyli, Babək Həsənov, Sahib Kərimov, Əhəd Məmmədli, Ülvü Quliyev və Məhəmməd Məcidli də var.