181169 fermer qeydiyyatdan keçib

181169-fermer-qeydiyyatdan-kecib
Oxunma sayı: 784

Bu həftə Şəmkir rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işlərinə başlanılıb. Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərə informasiya-məsləhət xidməti göstərəcək könüllülərə təlimlər keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 181 169 fermer qeydiyyatdan keçib. May ayının 10-na olan məlumata görə, Sabirabad rayonunda 11 789, Şəkidə 7278, Saatlıda 6739, Zaqatalada 6708, Biləsuvarda 6637, Cəlilabadda 6471 fermer yeni sistemdə özlərinə şəxsi kabinet yaradaraq, aqrar fəaliyyətlərinə dair məlumatları müvafiq bölmələrdə qeyd ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, fermerlər www.eagro.az saytına daxil olaraq özlərinə şəxsi kabinet yarada və aqrar fəaliyyətlərini EKTİS-də bəyan edə bilərlər:

“Fermerlərimizi bu prosesdə daha aktiv olmağa çağırırıq. Fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, “ASAN xidmət” mərkzələrində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyat proseduru ilə bağlı yarana biləcək sualları ünvanlaya bilərlər. Əməkdaşlarımız və könüllülərimiz bütün suallara tam şəkildə aydınlıq gətirəcəklər”.