2 uşaq hündürmərtəbəli binadan yıxılıb

2-usaq-hundurmertebeli-binadan-yixilib
Oxunma sayı: 644

Rusiyanın Kalininqrad şəhərində iki azyaşlı uşaq hündürmərtəbəli binadan yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, bacı və qardaş olan iki azyaşlı uşaq 7-ci mərtəbədən yıxılıb. Nəzarətsiz qalan uşaqlar pəncərədən aşağı düşüblər. Nəticədə hər iki uşaq ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.