23 yaşlı dünya çempionu intihar etdi

23-yasli-dunya-cempionu-intihar-etdi
Oxunma sayı: 1817

Amerikalı velosipedçi Kelli Ketlin intihar edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə onun atası Mark Ketlin məlumat verib.

O bildirib ki, 23 yaşlı üçqat dünya çempionunun cəsədi evində tapılıb. Mark Ketlin qızının ölüm səbəbinin araşdırılmasını istəyib.

“Bir dəqiqə əvvəl onunla danışmışdım. Gözəl həyatından danışmışdı. Niyə intihar etdiyini bilmirəm”.