27 milyon ton neft...

27-milyon-ton-neft
Oxunma sayı: 653

Layihənin operatoru olan “bp-Azərbaycan” şirkətindən AzərTAc-a verilən məlumata görə, 2006-cı ilin iyununda ilk tankerin Ceyhandan yola salınmasından bu il oktyabrın sonunadək BTC vasitəsilə 175 milyon ton və ya təxminən 1 milyard 308 milyon barrel xam neft 1689 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilib.

BTC-nin gündəlik ötürmə gücü 1,2 milyon barreldir. Kəmər Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” blokundan hasil olunan nefti və “Şahdəniz”dən çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.