27 yaşlı gənc valideynlərini məhkəməyə verir - Maraqlı səbəb

27-yasli-genc-valideynlerini-mehkemeye-verir
Oxunma sayı: 3581

Hindistanda “İnsanların nəslinin tükənməsi hərəkatı”nın 27 yaşlı üzvü Rafael Samuel valideynlərini məhkəməyə verir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, gənc ana-atasını onu razılığı olmadan dünyaya gətirməkdə günahlandırır. Mumbay şəhərində yaşayan Samuel müsahibəsində bunları deyib:

“Bütün hindli uşaqlara valideynlərinə heç bir borclarının olmadığını demək istəyirəm. Valideynlərimi sevirəm və onlarla yaxşı münasibətim var. Ancaq öz həzləri və əyləncələri üçün məni dünyaya gətiriblər. Hindistanlılar bilməlidir ki, uşaq sahibi olmamaq da, ana-atalarından onları nə üçün dünyaya gətirdiklərinə dair açıqlama tələb etmək də öz seçimləridir”.

Qeyd edək ki, Samuelin bu cür düşüncə tərzi “anti-natalizm” adlanır. Anti-natalistlər uşaqsız dünya üçün çalışırlar.