3 İŞİD-çi həbs edildi

3-isid-ci-hebs-edildi
Oxunma sayı: 1145


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, onlar terrorçuluq ittihamı ilə nəzarət altına alınan 14 nəfər arasındadır.

Bu cənub-şərqi Asiya ölkəsində indiyədək İŞİD-lə əlaqədə olduqlarından şübhələnilən 36 adam həbs edilib.

Malayziya polisinin bildirdiyinə görə, onlar bu həftə İraq və Suriyada bəzi bölgələri ələ keçirən İŞİD-ə yardım etdikləri üçün nəzarət altına alınıb.

Onlar arasında Malayziyanın enerji, yaşıl texnologiya və su nazirinin yardımçısı da var. Polis onun Əbu Səyyaf yaraqlı qrupu ilə əlaqəsi olduğunu bildirib.

Digər 34 yaşlı şəxsin 4 ay Suriyadakı döyüşlərdə iştirak etdiyi və daha bir 37 yaşlı şəxsin isə cihadçıların Facebook səhifəsini işlətdiyindən şübhələnilir.