3 yaşlı uşaq su quyusuna düşüb

3-yasli-usaq-su-quyusuna-dusub
Oxunma sayı: 1650

Lənkəranın Haftoni qəsəbəsində bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2016-cı il təvəllüdlü Zəhra Mail qızı Əliyeva valideynlərin diqqətindən yayınaraq həyətdə dərinliyi 4 metr dolan su quyusuna düşüb.

Valideynlərin köməyi ilə quyudan çıxarılan uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, hazırda tənəffüs yollarının obstruksiyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alır.

Azyaşlının vəziyyəti orta-ağır qiymətləndirilir.