3.9 milyardlıq istehsal...

39-milyardliq-istehsal
Oxunma sayı: 1037

2018-ci ilin yanvar ayında 3,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilib. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,7 faiz artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.

Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma sektorunda, 19,1 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,2 faiz, əmtəəlik qaz hasilatı isə 5,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,2 faiz azalıb.