4 azərbaycanlı Ukraynada ingilisi soydu

4-azerbaycanli-ukraynada-ingilisi-soydu
Oxunma sayı: 874

Kiyevdə Azərbaycan vətəndaşları Böyük Britaniya vətəndaşına qarşı soyğunçuluq əməli törədiblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə “UNN” saytına hüquq-mühafizə orqanlarından bildirilib. 

Hadisə gecə saatlarında “Bolşaya Jitomirskaya” küçəsində baş verib. Belə ki, 4 Azərbaycan vətəndaşı ingilisi mühasirəyə alaraq onun qolundakı “Rolex” saatını oğurlayıb və hadisə yerindən qaçıb. 

Daha sonra onlar polis tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.