4 kiloqram narkotiklə tutulmuşdu, 7 il cəza aldı

4-kiloqram-narkotikle-tutulmusdu-7-il-ceza-aldi
Oxunma sayı: 642

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1963-cü il təvəllüdlü Təvəkkül Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Orucovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə T.Həsənov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-cı il iyunun 15-də Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Təvəkkül Həsənovun yaşadığı evə baxış zamanı 4 kiloqram 460 qram marixuana aşkar edilərək götürülüb.

Murad Əhməd