49 yaşlı Lopezi bir də belə görün... - Fotolar

49-yasli-lopezi-bir-de-bele-gorun
Oxunma sayı: 8224

Amerikanın ən məşhur jurnalı hesab edilən “Harper's Bazaar”ın bu dəfəki siması aktrisa-müğənni Cennifer Lopez olub. “Qafqazinfo” xəbər verir ki, 49 yaşlı pop ulduz dərgidən dərc olunan fotosessiyada ideal bədənini nümayiş etdirib.  

Sənətçi bir neçə obrazda kamera qarşısına keçib. O, hətta jurnala müsahibə verərək gözəl görünməyin sirrlərindən danışıb. Müğənni  bunun əsas şərtlərindən biri kimi yuxunu göstərir. Cennifer qeyd edib ki, gün ərzində ən azı 8 saat yatır.