5 çılpaq meyit tapıldı

5-cilpaq-meyit-tapildi
Oxunma sayı: 711

Meksikanın Akapulko şəhərinin İnfiernillo bölgəsində üzərində zorakılıq izləri olan, soyundurulmuş 3 qadın, 2 kişi meyiti tapılıb. Hadisənin narkotik mafiyaları arasındakı hesablaşmanın nəticəsi hesab edən hüquq-mühafizə orqanları işgəncəyə məruz qalmış şəxslərin güllə ilə vurulduğunu qeyd edib.

Qeyd edək ki, Meksikada narkotik baronları və mafiya arasında tez-tez belə qətllər və iğtişaşlar baş verir. Rəsmi açıqlamalara görə, 2011-ci ildə Meksikada 15 000-dən çox insan belə iğtişaşların qurbanı olub. Həmçinin bu ölkədə 2006-cı ildən bəri 50 000 insan bu şəkildə qətlə yetirilib.

anspress