5 gün öncə aşkarlandı - Yerin yaxınlığından keçəcək

5-gun-once-askarlandi
Oxunma sayı: 2170

NASA mütəxəsisləri beş gün öncə Yerin yaxınlığından keçəcək yeni asteroid aşka ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, Katalina Kosmos Araşdırma Mərkəzi tərəfindən müəyyən edilən göy cisiminə "2018 CB" adı verilib. O, Yerin 69 min 700 kilometr yaxınlığından keçəcək. Bu Yerlə Ay arasındakı məsafənin 5-də 1-nə bərabərdir.

Asteroidin 40 metr böyüklüyündə olduğu vurğulanıb. Onun Yer kürəsi üçün təhlükə yaratmadığı bildirilib.