5 “qızıl”lı Lunyov niyə 11-ci oldu? - Nazirdən münasibət

5-qizilli-lunyov-niye-11-ci-oldu
Oxunma sayı: 1436

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 5 qızıl medal qazanan atıcı Ruslan Lunyovun Almaniyada keçirilən yarışda 11-ci yer tutması müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu məsələni Gənclər və İdman naziri Azad Rəhimov şərh edib. O, düşünür ki, Lunyov sözügedən Dünya Kubokunda yaxşı nəticə göstərib:

“Çünki bu yarış 3 gün ərzində ortaya çıxdı və o, Münhenə yollandı. 54 ölkə arasında 11-ci olmaq yaxşı nəticədir. Sonuncu yarışa çıxmamasına gəlincə, kifayət qədər yorğun idi”. 

Çingiz Hüseynzadə də eyni suala cavab verib: “Məncə, bu qədər mükafatdan sonra Ruslan Lunyovun yarışa qatılması özü böyük şey idi”.