51 ildir ki, Sevgililər Gününü birgə keçirirlər - Video

51-ildir-ki-sevgililer-gununu-birge-kecirirler
Oxunma sayı: 5586

Sevginin formulunu düzgün bilsən, 3 il yox, yarım əsrdən çox da yaşaya bilər. Elə onların sevgisi kimi...

81 yaşlı Telman bəy Nəsibə xanımı ilk gördüyü günü çox yaxşı xatırlayır:

“1968-ci ilin sentyabrın 19-u. Onu tanıdıqdan sonra qərarımın necə doğru olduğunu anladım. Nəsibə xanımın zəkasını sevmişdim. Daha sonra sədaqətini, zövqünü, etdiyi yenilikləri...”

“Onsuz bir günümü təsəvvür edə bilmirəm. Təbii ki, bizim də aramızda söz-söhbət olub. Ancaq əsas odur ki, o problemlərin öhdəsindən necə gələ bilirsən”,- 68 yaşlı Nəsibə xanım isə yoldaşına baxıb bu sözləri deyir. 

Onların gənclərə əsas tövsiyəsi budur: səbrli olmaq və sevib-sevilmək.

“Qafqazinfo” Sevgililər Gününü 51 il birgə keçirmiş cütlüklə bağlı videoçarxı təqdim edir:

Günel Hacı 

Pərvin Zeynal