53 yaşlı qadın sirkə turşusu içdi

53-yasli-qadin-sirke-tursusu-icdi
Oxunma sayı: 1259

İsmayıllı rayon sakini intihara cəhd edib.
 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bu gün axşam saatlarında Ağdam rayonundan olan məcburi köçkün, İsmayıllı şəhərində məskunlaşan 1965-ci il təvəllüdlü Allahverdiyeva Təzəgül İslam qızı yaşadığı evdə sirkə turşusu içib.
 
Qadın zəhərləndiyi üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.