603 yeni iş yeri açılıb

603-yeni-is-yeri-acilib
Oxunma sayı: 649

Trend-in məlumatına görə, hesabatda göstərilir ki, 2012-ci il ərzində respublikanın avtomobil yollarında tikinti əsaslı təmir və yenidənqurma işləri davam etdirilib. Bu dövrdə 537,2 km, o cümlədən 134,6 km respublika əhəmiyyətli, 402,6 km yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 25 ədəd körpü tikilib.

Hesabat dövründə Bakı şəhərində 94 km avtomobil yolları, prospekt və küçə təmir olunub və 6 yeraltı piyada keçidi istismara verilib.

Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən Neftçilər prospektinin və Sabunçu körpüsündən Zabrat dairəsinədək yolun yenidən qurulması işləri başa çatdırılıb.