7 İŞİD üzvü saxlanılıb - İraqda

7-isid-uzvu-saxlanilib
Oxunma sayı: 726

İraq polisi Bağdadda turistlərə qarşı terror aktı hazırlayan İŞİD-in 7 üzvünü saxlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Al Sumaria” telekanalı əlumat yayıb.

Məlumata əsasən, polis Ər-Rəşidiyə şəhərində üç terrorçunu aşkar edərək saxlayıb. Onların üzərində üç partlayıcı qurğu tapılıb.

Araşdırmanı davam etdirən təhlükəsizlik qüvvələri silah və partlayıcı ehtiyyatları saxlayan daha 4 terrorçunu həbs ediblər.