700 Nəfərə pulsuz telefon

700-nefere-pulsuz-telefon
Oxunma sayı: 783

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildiriblər ki, bu ayın əvvəlindən başlanan kampaniyaya təxminən 700 nəfər qoşulub.

Xatırladaq ki, kabelləşdirilən köhnə və yeni binalarda (hava rabitə xətləri olan və yeni kabelləşdirilən binalar, ərazilər istisna olmaqla) əhali və təşkilatlara 1-ci və 2-ci telefon 50 faiz güzəştli tariflə çəkilir. İki telefon çəkənlərə isə 3-cü telefon ödənişsiz olur. Kampaniya dekabrın 10-dək davam edəcək.