8 yaşlı uşaq universitetdə oxuyacaq - Qeyri-adi istedad

8-yasli-usaq-universitetde-oxuyacaq
Oxunma sayı: 6145

Belçikada Loren Simons adlı 8 yaşlı uşağı universitetdə oxuyacaq.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, 6 illik təhsilin ilk pilləsini cəmi 1,5 ildə bitirən uşaq xüsusi testlərdən keçirilib.

IQ səviyyəsinin 145 olduğu müəyyənləşdirilən Simonsun bilik və bacarığının universitetdə oxuması üçün kifayət etdiyi bildirilib.

Ən sevdiyi dərsin riyaziyyat olduğunu deyən Simons, bir müddət öncə həkim və ya kosmonavt olmaq istəyib. İndi isə kompüter mühəndisliyi sahəsindəki ixtisaslara daha çox meyl göstərməyə başlayıb.

Onun hansı universitetedə təhsil alacağı hələlik məlum deyil.