9 tibb bacısı eyni anda hamilədir - Fotolar

9-tibb-bacisi-eyni-anda-hamiledir
Oxunma sayı: 4668

ABŞ-ın Portland əyalətində “Maine” xəstəxanasında çalışan 9 tibb bacısı eyni anda hamilədir.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, tibb mərkəzi 9 işçisinin hamiləlik fotolarını paylaşaraq onların aprel-iyul aralığında doğuşa hazırlaşdıqlarını bildirib.

Xəstəxananın pasiyentləri bundan narahat olduqda isə idarə heyəti “Qətiyyən narahat olmayın. Bir planımız var” ismarışını  yollayıb.