Abdurrahim Karakoçun xatirəsi Bakıda anılacaq

abdurrahim-karakocun-xatiresi-bakida-anilacaq-
Oxunma sayı: 653

“Qafqazinfo” xəbər verir ki, sabah bu məqsədlə Türkiyədən Azərbaycana səfər edəcək mötəbər nümayəndə heyəti, öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əlyevin məzarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini, habelə "Güllələnmiş heykəllər" və "Ana harayı" abidəsini ziyarət edəcəklər. Həmin gün axşam Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında düzənlənəcək "Abdurrahim Karakoç gecəsi" - ədəbi-bədii proqramında Türkiyənin və Azərbaycanın millət vəkilləri, sənət xadimləri, QHT və KİV nümayəndələri, Karakoç şeirinin biliciləri və sevənləri iştirak edəcək. Gecədə görkəmli sənət xadimlərinin iştirakı ilə A.Karakoçun sözlərinə yazılmış mahnılar səsləndiriləcək.
Ayın 8-də isə Azərbaycanda Atatürk Mərkəzinə "Abdurrahim Karakoç irsi: Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" adlı konfrans keçiriləcək. Konfransda elm və ədəbiyyat xadimləri, millət vəkiləri iştirak və çıxış edəcək. Gün ərzində Türkiyədən gəlmiş nümayəndə heyətinin Azərbaycan Yazıçılar Birliyində görüşü, Azərbaycan Tarixi Muzeyi və Nizami adına Ədəbiyyat Muzeyini ziyarəti də nəzərdə tutulub.
Sonrakı gün Qafqaz Universitetində və Abşeron rayon Mədəniyyət Evində Abdurrahim Karakoçun yaradıcılığı əsasında tərtib olunmuş müxtəlif səpgili proqramlar keçiriləcək.
Qonaqlar Azərbaycanda olduqları müddətdə Bakının və Sumqayıtın görməli yerlərinə də aparılacaqdır.
Türkiyəli mərhum söz ustadının xatirəsinə həsr olunmuş tədbirlər fevralın 10-da başa çatacaq.