ABŞ-da kilsədə 26 nəfəri öldürən hərbidən qovulubmuş - Arvadı və uşağını...

abs-da-kilsede-26-neferi-olduren-herbiden-qovulubmus
Oxunma sayı: 1779

ABŞ-ın Texas ştatında kilsəyə edilən silahlı hücum nəticəsində ölənlərin sayı 26-ya çatıb, təxminən 20 nəfər isə yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atəş açan şəxs avtomat tüfənglə silahlanıb. Şübhəli ölü olaraq ələ keçirilib. 

Rəsmi olaraq təsdiqlənməsə də, KİV-lər silahlının Devin Kelli adlı şəxs olduğunu yazır. 

Şübhəli Devin Kellinin 2010-2014-cü illərdə Hərbi Hava Qüvvələrində ən aşağı rütbədə çalışdığı müəyyənləşib. Lakin uşağı və arvadına qarşı zorakılığına görə hərbi məhkəməyə çıxarılan Kelli 1 il həbs olunur, HHQ-dən isə azad olunur. 

Ölənlər arasında səkkiz aylıq hamilə qadın da olub. Beş uşaq anası olan qadın kilsəyə apardığı 3 uşağı ilə birgə qətlə yetirilib.