ABŞ-da “Qara cümə”nin alıcılarına atəş açılıb - 3 ölü, 2 yaralı+Yenilənib

abs-da-qara-cumenin-alicilarina-ates-acilib
Oxunma sayı: 2366

ABŞ-ın Alabama ştatına “Qara cümə” günü alış-veriş mərkəzlərindən birinə silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı çoxlu sayda yaralı olduğu bildirilir. 

Hücumdan sonra bir şübhəli vurularaq zərərsizləşdirilib.

Hadisə yerinə çoxlu sayda təcili yardım əməkdaşı cəlb edilib. 

*** 


Fort-Ueyn şəhərində “Black Friday” günü mağazalardan birinə açılan atəş nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Polis hələ ki hücum edən şəxsin axtarışlarını aparır.