ABŞ-dan Səudiyyə Ərəbistanına ilk sanksiya

abs-dan-seudiyye-erebistanina-ilk-sanksiya
Oxunma sayı: 3768

ABŞ dövlət katibi Mayk Pompeo jurnalist Camal Qaşıqçının qətli ilə bağlı Səudiyyə Ərəbistanı diplomatlarına sanksiya tətbiq edildiyini açıqlayıb.

“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, ilk sanksiya çərçivəsində 21 diplomatın vizaları ləğv edilib.

O, hadisədə əli olduğuna şübhə edilən siyasətçilər və nazirlik işçilərinə qarşı müxtəlif sanksiyaların davam edəcəyini açıqlayıb:

“ABŞ Qaşıqçının susdurulması üçün bu cür qəddarca hərəkətə tolerantlıq nümayiş etdirməyəcək”.