ABŞ hökuməti bu smartfonlardan istifadəni məsləhət görmür

abs-hokumeti-bu-smartfonlardan-istifadeni-meslehet-gormur
Oxunma sayı: 1673

ABŞ-ın FTB, CIA və  Milli Təhlükəsizlik Agentliyi amerikalıları "Huawei" smartfonlarından və bu şirkətin servislərindən istifadə etməməyə çağırıb.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Senatda çıxış edən xüsusi dövlət orqanlarının təmsilçiləri bildiriblər ki, “Huawei” şirkətinin rəhbərliyi Çin hökuməti ilə sıx əlaqədədir və çox güman ki, onun xüsusi orqanları ilə əməkdaşlıq edir.

“Məlumat yığaraq və öz istehsalı olan smartfonları dinləyərək “Huawei” ABŞ telekommunikasiya infrastrukturuna təzyiq göstərə bilər. Bu məlumatın toplanması, oğurlanması və yerinin təyin olunmadan izləməsi imkanını verir”, – deyə FTB direktoru bildirib.