ABŞ-da indi də qar fırtınası başladı - 5 ölü var

abs-da-indi-de-qar-firtinasi-basladi
Oxunma sayı: 2082

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarından sonra bir neçə ştatda qar fırtınası başlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, fırtına səbəbindən 5 nəfər dünyasını dəyişib.

“Avery” adı verilən təbii fəlakət nəticəsində Kentaki, İndiana, Viriciniya və Ohayo ştatlarında 400 mindən çox insan elektriksiz qalıb.

Qeyd edilən ştatlarda 89 milyon insana xəbərdarlıq edilərək vacib olmadığı təqdirdə çölə çıxmamaları tövsiyyə edilib.

Qeyd edək ki, Kaliforniyadakı meşə yanğını 60 nəfərin ölümünə səbəb olub.