ABŞ Qazaxıstandakı zorakılıqlardan narahatdır

abs-qazaxistandaki-zorakiliqlardan-narahatdir
Oxunma sayı: 1328

Bu bəyanatla Birləşmiş Ştatlar Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland çıxış edib.

“ABŞ Qazaxıstanın qərbindəki zorakılıqlardan narahatdır. Bih insan tələfatı ilə bağlı başsağlığımızı çatdırmış və bütün tərəfləri təmkinli olmağa çağırmışıq”, Viktoriya Nuland bildirib.

Dövlət Deparotamentinin rəsmisi kütləvi iğtişaşlar nəticəsində rabitənin kəsilməsindən də narahatlıq ifadə edib və Qazaxıstan hökumətini bu problemləri operativ şəkildə həll etməyə çağırıb.

“Biz Qazaxıstan hökumətinin iğtişaşların səbəblərinin dərindən və şəffaf araşdırılması niyyəti barədə bəyanatlarını alqışlayırıq. Cinayətə görə məsuliyyət daşıyanlar beynəlxalq standartlara uyğun şəkildə məsuliyyətə cəlb edilməlidirlər”, - Viktoriya Nuland bildirib.

Xatırladaq ki, dekabrın 16-da Qazaxıstanın Jxanaozen şəhərində kütləvi iğtişaşlar baş verib. Nəticə 14 nəfər həlak olub, onlarla adam yaralanıb.

Qazaxıstan prezidenti şənbə günü Janaozendə fövqəladə vəziyyət elan edilib və gələn il yanvarın 5-dək komendant saatı tətbiq olunub. Respublika prokurorluğunun məlumatına görə, kütləvi iğtişaşlar zamanı avtomobillər və 46 bina yandırılıb, fiziki və hüquqi şəxslərin əmlakı məhv edilib.