ABŞ səfiri XİN-ə çağırıldı

abs-sefiri-xin-e-cagirildi
Oxunma sayı: 1306

ABŞ-ın Malayziyadakı səfiri Kamala Şirin Laxdir bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, səfirə ABŞ hökumətinin öz vətəndaşlarına səyahət üçün riskli hesab edilən ölkələr siyahısına Malayziyanı daxil etməsi ilə bağlı etiraz təqdim edilib.

Bildirilib ki, ABŞ-ın Sabah və Saravak əyalətlərində insan oğurluğu ilə bağlı iddiaları əsassızdır.

Baş nazir Mahathir Məhəmməd isə verdiyi açıqlamada həmin bölgələrdə terrorçuların saxlanıldığını, bu faktar xaricində Malayziyanın təhlükəsiz olduğunu qeyd edib.

Qeyd edək ki, ABŞ hökuməti öz vətəndaşlarına səyahət etmək üçün riskli hesab edilən siyahıya 35 ölkəni daxil edib.