ABŞ Yaxın Şərqdəki müharibələrə nə qədər pul xərcləyib? - Tramp açıqladı

abs-yaxin-serqdeki-muharibelere-ne-qeder-pul-xercleyib
Oxunma sayı: 1623

ABŞ prezidenti Donald Tramp ölkəsinin son 17 ildə Yaxın Şərqdəki müharibələrə nə qədər pul xərclədiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu müddət ərzində ABŞ-ın 7 trilyon dollar vəsait xərclədiyini və bunun böyük səhv olduğunu deyib:

“ABŞ 17 il öncə heç də ağıllı hərəkət etmədən Yaxın Şərqə girib. İndi ordakı vəziyyət 17 il öncəkindən daha pisdir”.

Qeyd edək ki, Tramp prezident seçilmədən öncə İraqın işğalını “böyük bir səhv” adlandırmış, ölkəsinin Yaxın Şərqə hərbi müdaxiləsindən şikayətləndirdi. Prezident seçildikdən sonra isə özünün göstərişi ilə Suriyadakı əməliyyatları genişləndi.