Abşeronda evdən 10 minlik qızıl oğurlanıb

abseronda-evden-10-minlik-qizil-ogurlanib
Oxunma sayı: 851

Fevralın 10-da Abşeron rayonu ərazisindəki evlərin birindən 400 manat və 10.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. 

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Elmi İsayev saxlanılıb.