Abşeronda “Tavriya” qadını vurub öldürdü

abseronda-tavriya-qadini-vurub-oldurdu
Oxunma sayı: 1700

İyunun 15-də saat 2 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Elməddin Hadıyev idarə etdiyi “Tavriya” markalı avtomobillə yolu keçən Susanna Məmmədovanı vurub.
 
“Qafqazinfo”nun DİN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.
 
Abşeron RPİ tərəfindən araşdırma aparılır.