Abtutalıbovla Kərəm Həsənov iş adamının varislərini necə aldadır?

abtutalibovla-kerem-hesenov-is-adaminin-varislerini-nece-aldadir
Oxunma sayı: 1884

 

Vəkilin sözlərinə görə, həmin şəxslər ataları Rasimdən vərəsəlik qaydasında Nərimanov Rayonu, Nəvai küçəsi 24 ünvanında, (Gənclik metrostansiyası ətrafı) toplam sahəsi 136,7 kv.m olan restoranın mülkiyyətçisi olublar.

Valideynlərini 2000-ci ildə avtomobil qəzasında faciəvi şəkildə itirən Babayevlər restoranı 2000–ci ildən icarəyə veriblər və oradan əldə edilən gəlir 3 uşağın yeganə dolanışıq mənbəyi olub. İndiyədək adı çəkilən şəxslər təhsil alma yaşında olduqlarına görə bir yerdə işləmir, qohumlarının köməyi ilə yaşayıblar.

Vəkil qeyd edir ki, dövlət məmurları ilə 5 il davam edilən müzakirələr heç bir nəticə vermiyib. Lakin 2013-cü ilin noyabr ayından davam edilən müzakirələrin nəticəsi olaraq AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi  tərəfindən  Babayevlər  ailəsinə  nəhayət ki, Bakı şəhəri, Xətai rayonu, Salmani küçəsi 7 ünvanda 400 kv.m torpaq sahəsində yerləşən 120.3 kv.m köhnə yararsız vəziyyətdə tikili təklif edilib. (A.R. Əmlak 13.05.2014-cü il tarixli 140120703410 saylı məktub):

“Lakin Əmlak Komitəsi tərəfindən təklif olunan yerə sənədləşdirilmə aparılmır.  Bu onunla əsaslandırılır ki, həmin yer “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur, lakin, uzun müddətdir ki, istifadə olunmur. Buna  baxmayaraq  dövlət məmurları məsələnin həllini bir–birlərinin üstünə atmaqla süründürməçiliyə yol verirlər və ölkə başçısını aldadırlar. Çünki həmin ərazinin köçürülməsi üçün və müvafiq tədbirlərin görülməsi (konpensasiyanın verilməsi və başqa yerlə təmin olunması üçün) məhz 2009-cu ildə göstəriş verilib.

Buna baxmayaraq AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Bakı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Prezident Administrasiyasının məsul işçisi Əli Hüseynov bu məsələdən məlumatlı olmalarına baxmayaraq məsələnin həllini bir-birlərinin üstünə ötürməklə vətəndaşın hüquqlarını pozurlar və prezidentin göstərişini yerinə yetirmirlər. Bundan əlavə Prezident Administrasiyasından Əli Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş rəhbərini tanıdığını, ona bu haqda məlumat verərək razılığın alınmasını, lakin indiki rəhbəri tanımadığı, ona söz deyə bilmədiyini vurğulayaraq məsələnin həllini tapa bilmədiyini bildirir.

Məsələnin tez bir zamanda həll edilməsi və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Prezidentinə də məktub göndərilib. Amma görünür hansısa  qüvvələr  yazdığım məktubları ünvana çatmasını əngəlləyir. Odur ki, şikayətimi açıq şəkildə kütləvi informasiya vasitələrinin köməyi ilə dərc olunmasını xahiş edirəm.

Qeyd edim ki, məsələ ilə bağlı AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məsul işçisi Yusif müəllimlə, Bakı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla, Prezident Administrasiyasının məsul işçisi Əli Hüseynovla şəxsi  görüşlərim nəticəsində məmurların Babayevlər ailəsinə tez bir zamanda  yerin verilməsi və sənədləşmənin aparılmasına vəd verilib. Lakin, bu “tez bir zaman”  mart ayından  bu günədək  “sabah” əlaqə saxlayın deməklə kifayətlənməkdədir.