AFFA pulsuz biletlər paylayacaq - Şad xəbər

affa-pulsuz-biletler-paylayacaq-sad-xeber
Oxunma sayı: 645

Bu barədə “Qafqazinfo”ya AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

Mikayıl Nərimanoğlu hazırda bu məsələ ətrafında danışıqlar aparıldığını bildirib: “Hazırda Şimali İrlandiyakı Azərbaycan diasporu, tələbə cəmiyyətləri ilə danışıqlar aparılır. Biz Bakıdan gedəcək nümayəndə heyəti üçün də pulsuz biletlər ayıracağıq”.

Mətbuat xidmətinin rəhbəri bilet sayının dəqiqləşmədiyini də qeyd edib: “Yazışmalar davam edir. Buna görə də biletlərin konkret sayı bilinmir. Bizim hələ ki, vaxtımız var”.

Sevinc