Ağ Evdən Obamanın pivəsi ilə bağlı açıqlama

ag-evden-obamanin-pivesi-ile-bagli-aciqlama
Oxunma sayı: 644

Məxsusi olaraq Barak Obama üçün hazırlanan bal pivəsi indiyədək Ağ Evdə hazırlanan ilk pivə növü hesab edilir. Pivənin hazırlanma qaydasının açıqlanması tələbi isə onlayn-ərizə sayəsində mümkün olub. İnformasiya azadlığı hüququnun təmin edilməsi tələbi ilə hazırlanan həmin ərizəni 13 minə yaxın adam imzalayıb.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Ağ Evdə hazırlanan pivəni seçkiqabağı kampaniya çərçivəsində etdiyi səfərlərə özü ilə götürür. Obama avqustda Ayova ştatında kafelərdən birində potensial seçicisini bu xüsusi pivəyə qonaq etmişdi.

Anspress.com