Ağacdan yıxılan jurnalist dünyasını dəyişdi

agacdan-yixilan-jurnalist-dunyasini-deyisdi
Oxunma sayı: 2262

Almaniyanın Hambax meşəsində ağacların kəsilməsinə mane olmaq üçün onların üzərində barrikada quran ekoloqları görüntüləmək istəyən jurnalist hündürlükdən düşərək dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Steffen M. adlı reportyor 20 metr yüksəklikdən yıxılıb. Ağır yaralanan jurnalist xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, 12 min illik tarixi olan Hambax meşəsinin mədən qazantısı səbəbindən nadir ağaclarının kəsilməsi əleyhinə 7 gündür  nümayişlər keçirilir.