Aksiya iştirakçıları saxlanıldı

aksiya-istirakcilari-saxlanildi
Oxunma sayı: 633

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən xəbərinə görə, aksiya iştirakçıları mitinqlərn keçirilməsi qaydaları haqqında yeni qanun layihəsinə etiraz ediblər. Saxlanılanların sayının 20 nəfər olduğu xəbər verilir.

Saxlanılanlar içərisində “Yabloko” partiyasının üzvləri, həmçinin partiyanın lideri Sergey Mitroxin də var.

Aksiya iştirakçıları “Rədd olsun polis hakimiyyəti” və başqa şüarlar səsləndiriblər. “Yabloko”nun plakatında “Mitinqlərə qadağa qoyulması faşist dövlətinə aparan yoldur” sözləri yazılıb.
Müxalifət nümayəndələri isə bildiriblər ki, saxlanılanların sayı daha çoxdur.