Aksiyadan çox polis maşınları diqqət çəkdi - Fotolar

aksiyadan-cox-polis-masinlari-diqqet-cekdi
Oxunma sayı: 4332

Belçikanın paytaxtı Brüsseldə minlərlə tələbə hökumətin iqlim siyasəti əleyhinə aksiya keçirir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 12 minədək tələbə Brüsselin Mərkəzi Dəmiryol Vağzalının önünə toplanıb. Etirazçılar Avropa parlamentinin, AB Komissiyasının və AB Şurasının binaları önündən keçərək 5 kilometr məsafədə yürüş ediblər.

Onlar iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı hökumətin ictimaiyyətə açıq, irimiqyaslı və təsirli siyasi tədbirlər görməsini tələb ediblər. “Təbiəti qoruyaq”, “Bu dünya hamımızındır”, “İqlim və gənclik bir yerdə” şüarlarının səsləndiyi mitinqdə diqqətçəkən məqam isə polis avtomobilləri olub.

360 dərəcə görüntü əldə edə bilən və elektriklə işləyən maşınlar dizaynı ilə dünya mediasının gündəmini zəbt edib. Diqqət nümayişdən daha çox məhz bu avtomobillərə yönəlib.