Aktyorun oğlu nikahdankənar doğulub

aktyorun-oglu-nikahdankenar-dogulub
Oxunma sayı: 638

Milli.Az xəbər portalının məlumatına görə, o, bunu Day.Az saytına müsahibəsində bildirib. "Həyatımda hər şey 50% alınıb. Yəni yarıbayarı. Hələ 100% alınan heç nə olmayıb. Heç vaxt!", - deyə aktyor taleyindən danışıb.

85 yaşlı N.Şaşıqoğlu təbiətin ona verdiyi imkanların da maksimum 50%-dən istifadə edə bildiyini söyləyib: "Cəmi 3 il əvvələdək içirdim. Səhər, günorta, axşam içə bilərdim. Beləliklə, bütün həyatımı içmişəm, gəzmişəm, kef çəkmişəm".

Xalq artisti "bütün yaşların öz müsbət və mənfi tərəfləri var" fikrinə fərqli yanaşır. "85 yaşın heç bir müsbət tərəfi yoxdur. Yalnız mənfilik! Açığı, mən 85 yaşadək yaşayacağımı düşünməzdim. Evdə oturmağa, heç nə ilə məşğul olmamağa öyrəşməmişəm", - deyə o, qeyd edib.

N.Şaşıqoğlu ailəsi haqda da danışıb: "Üç həyat yoldaşım olub. Böyük oğlumla görüşmürük. Vaxtilə atalıq hüququndan məhrum olunmuşam. İkinci oğlumla danışıram. Bir də kiçiyi var. O, nikahdankənar doğulub. 40 yaşı olsa da, onu görməmişəm. Onun anası vaxtilə kinostudiyada işləyən bir qadındır. O, mənə uşağı doğduğunu deməmişdi. Sadəcə, məndən övladı olmasını istəyirmiş. Deyəsən, indi musiqi rejissorudur. Onunla görüşmək mənimçün çox maraqlı olardı. Bakıda yaşayır. Sadəcə, onun atasıyam. Həyatında heç bir iştirakım olmayıb".