Almaniya konsulluğu basqınla ələ keçirildi - Foto

almaniya-konsullugu-basqinla-ele-kecirildi
Oxunma sayı: 2665

PKK/YPG tərəfdarları Yunanıstanın Krit adasındakı konsulluğunun binasına hücum ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar Almaniya bayrağını endiriblər və binada “Afrinə dəstək” plakatı asıblar.

Terrorçu dəstəkçiləri Türkiyə əleyhinə şüarlar səsləndiriblər və PKK-ya dəstək çağırışı ediblər.

Məlumata görə, hadisə vaxtı Baş konsul binada olmayıb.