Almaniyada anım mərasimi keçirilib

almaniyada-anim-merasimi-kecirilib
Oxunma sayı: 656

Diasporla İş Üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə azərbaycanlılarla yanaşı Saksoniyanın dövlət və hökumət nümayəndələri, qeyri hökumət təşkilatlarının nümayəndələri, ziyalılar, yəhudi, rus, ukraynalı, qazax, latış və litvalıların milli icmalarının təmsilçiləri, azərbaycanlı tələbələr iştirak ediblər.

Konfransda Xocalı soyqırımının 20-ci əsrin ən ağır cinayətlərdən biri olduğu qeyd edilib və Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalının dinc sakinlərinin qətlə vəhşicəsinə qətlə yetirilməsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı son 200 il ərzində apardıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanıb.

Konfrans zamanı Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib. Film işləyiciləri dəhşətə gətirib, onlar Xocalıda törədilən qətliyamın tək Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirmiş, bu səbəbdən dünya ictimaiyyətinin buna siyasi-hüquqi qiymət verməli olduğunu bəyan ediblər.