Alsu qızını 1-ci etmək üçün nə qədər xərcləyib?

alsu-qizini-1-ci-etmek-ucun-ne-qeder-xercleyib
Oxunma sayı: 2088

Rusiyanın birinci kanalı “Səs uşaqlar” şousunun iştirakçıları üçün SMS və telefon səsverməsinin nəticələrini dərc edib.

“Qafqazinfo” xəbər verir ki, televiziyanın rəsmi saytında çıxan cədvələ görə, müğənni Alsu ilə bankir Yan Abramovun 1-ci olan qızları Mikellaya 109 min 23 min SMS və 36 min 428 telefon səsləri göndərib. 

Bu məqamda bildirək ki, bir mesajın qiyməti 50 rubl, zəngin qiyməti isə 38 rubldur. Hesablamalara əsasən, Mikellanın tərəfdarları (ailəsi) təxminən 6,8 milyon rubl (159 min manat) xərcləyiblər.