“Amazon” bu şirkəti 13.7 milyarda aldı

“Amazon” bu şirkəti 13.7 milyarda aldı
Oxunma sayı: 1087

Amerikanın ən böyük online ticarət şirkəti olan “Amazon” 13.7 milyard dollara “Whole Foods Market” supermarketlər şəbəkəsini alıb.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, şirkət “Whole Foods Market”in hər bir səhmi üçün 42 dollar ödəyəcək. Müqavilə tam olaraq bu ilin ikinci yarısından sonra bağlanacaq. Sözügedən mağazalar şəbəkəsi öz adını, Ostin şəhərindəki baş ofisini, top-menecerləri və CEO-su Con Makkeyi qoruyub saxlayacaq. Bu müqavilə “Amazon”un tarixində ən böyüyü hesab edilir.

Qeyd etmək lazımdır ki, “Whole Foods” ABŞ-ın ən böyük orqanik məhsul satışı ilə məşğul olan supermarketlər şəbəkəsidir. 1978-ci ildə təsis edilib. Şirkətdə çalışan insanların sayı 87.000-dir. “Whole Foods”un 2016-cı ildəki gəliri isə 16 milyard dollar olmuşdur.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi